Xəbər lenti

Dani Alveşi təcavüz işində az cəza almaq üçün istintaqla razılaşmaq istəyir
İdman 14:05 15.10.2023

Dani Alveşi təcavüz işində az cəza almaq üçün istintaqla razılaşmaq istəyir

"Barselona"nın keçmiş müdafiəçisi Dani Alves zorlama işində minimum cəzaya nail olmaq üçün istintaqla razılaşmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mundo Deportivo" yazıb

Futbolçu vəkilini dəyişib. İndi Alveşi cinsi zorakılıq və cinayət hüququ üzrə ixtisaslaşmış kataloniyalı vəkil İnes Qvardiola təmsil edir. Onun mövcud ittihamlarla 8 ildən 10 ilə qədər həbs gözləyir.

Bundan əvvəl bir qadın polisə müraciət edərək 2022-ci il dekabrın 30-da Alvesin Barselonadakı gecə klublarından birində ona təcavüz etdiyini bildirmişdi. Futbolçunun cəzadan yayınmaq üçün İspaniyanı tərk etmək ehtimalı olduğundan nəzarətə götürülüb.

Fevralın 10-da Dani Alve. iddia edilən qurbanla cinsi əlaqədə olduğunu etiraf edib, lakin bunun razılıq əsasında olduğunu bildirib.

Alveş Fransa, İspaniya, İtaliya çempionu olub, bir çox titullar qazanıb. Braziliya millisinin üzvü kimi o, Konfederasiyalar Kubokunu və Amerika Kubokunu başı üzərinə qaldırıb, həmçinin Olimpiya Oyunlarının və Gənclər arasında Dünya çempionatının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->