Xəbər lenti

Daha bir ölkə Ukrayna üçün sülh planı təqdim etdi: Sülhməramlılar və referendum
Dünya 15:24 03.06.2023

Daha bir ölkə Ukrayna üçün sülh planı təqdim etdi: Sülhməramlılar və referendum

İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynada müharibəyə son qoymaq üçün özünün "sülh planı"nı - hərbi əməliyyatların dondurulmasını, İndoneziya sülhməramlılarının və referendumun keçirilməsini təklif edib. 

Qaynarinfo xəbər verir ki, nazir bu planı Sinqapurda Asiya-Sakit Okean regionunda regional təhlükəsizlik üzrə nazirlər səviyyəli forum çərçivəsində keçirilən Şanqri-La Dialoq Sammitində açıqlayıb.

Subiantonun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün dərhal atəşi dayandırmaq lazımdır. Onun fikrincə, bu, vəziyyətin pisləşməsinin - qurbanların sayının artmasının, Ukrayna və Rusiyada yeni dağıntıların qarşısını alacaq: "Bizim etməli olduğumuz ilk şey Ukrayna və Rusiya tərəflərindən atəşkəsə riayət etmələrini xahiş etməkdir".

İndoneziyanın sülh planının ikinci mərhələsi hər iki tərəfdən qoşunların hazırkı cəbhə xəttindən 15 kilometr aralıya çıxarılmasını nəzərdə tutur: "Üçüncü, sülhməramlı qüvvələrin formalaşdırılması və onların hərbsizləşdirilmiş zonada yerləşdirilməsi xahişi ilə BMT-yə müraciət etməkdir. Bundan sonra BMT silahsızlaşdırılmış zonada yaşayan insanlar arasında referendum keçirəcək".

Eyni zamanda İndoneziya Müdafiə Nazirliyinin rəhbəri əmin edib ki, onun ölkəsi sülhməramlı qüvvələrə ilk qoşulan ölkə olacaq.

İndoneziyanın kompas.com nəşri yazır ki, Prabovonun təklifi görüşün digər iştirakçılarının gözləntilərini üstələyib və onların çoxsaylı suallarına səbəb olub. 

Qeyd edək ki, bundan əvvəl Çin sülh planı təqdim edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->