Xəbər lenti

Daha bir Avropa ölkəsi Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyəcək
Dünya 12:01 12.04.2024

Daha bir Avropa ölkəsi Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyəcək

Sloveniya Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) daimi üzv kimi daxil olmaq istəyini dəstəkləməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi (STA) Sloveniyanın baş nazirinin ofisində milli və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibi Voyko Volka istinadən məlumat yayıb.

"Sloveniya Fransa və Malta ilə birlikdə respublikamızın səmimiyyətlə inandığı bu qərarı dəstəkləyəcək", deyə Volk bildirib.

Sloveniya əmindir ki, Fələstinin BMT-də olması və beynəlxalq təşkilatda söz hüququ var.

Fələstin 2012-ci ilin noyabrından BMT-də müşahidəçi dövlətdir. 2019-cu ilə olan məlumata görə, onun müstəqilliyi BMT-yə üzv olan 193 dövlətdən 138-i tərəfindən tanınıb.

Bundan əvvəl Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier bildirmişdi ki, BMT Təhlükəsizlik Şurası təşkilatın yeni üzvlərin qəbulu komitəsinin aprel ayında Fələstinin müraciətinə baxacağına qərar verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->