ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Nümayəndələr Palatasında çıxışı zamanı deyib ki, qurujm Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktına bənzər hücum təhlükəsindən narahatdır. Onun sözlərinə görə, ABŞ eyni zamanda ictimai və milli təhlükəsizliyə çoxlu təhdidlərin olduğu vaxta gəlib çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat
yayıb.
Kristofer Reyın sözlərinə görə, FTB 2023-cü maliyyə ilinin sonunda beynəlxalq terrorizmlə bağlı 4000 iş açıb. O qeyd edib ki, İŞİD-X-ın (İŞİD-in "Vilayət Xorasan" qanadı) "Crocus"a hücumuna bənzər koordinasiyalı hücum ehtimalı ilə bağlı artan narahatlıq var.
Martın 22-də bir qrup silahlı şəxs "Crocus City Hall"a atəş açmağa başlayıb, daha sonra binada yerləşən konsert zalını yandırıb. Nəticədə 144 nəfər ölüb, 500-dən çox insan yaralanıb. "Washington Post" qəzeti Amerika rəsmilərinə istinadən yazıb ki, ABŞ "Crocus"a hücumdan iki həftə əvvəl bu xüsusi konsert salonunun hədəfə çevrilə biləcəyi barədə Rusiya Federasiyasına məlumat ötürüb. "Reuters" agentliyinin məlumatına görə, həmçinin İran da Rusiyaya gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.
Aydın
Şərhlər