Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə "One Championship” Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov "ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.
Qaynarinfo-nun məlumatına görə, 30 yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı "One Championship”in çempionu olub. O, "ONE Fight Night-6” turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.
Şərhlər