Xəbər lenti

Çin müharibə olduğu təqdirdə Tayvanı
Dünya 17:50 16.10.2024

Çin müharibə olduğu təqdirdə Tayvanı "məhv edəcək"

Çin hökuməti hərbi təlimlərdən sonra bildirib ki, Çin Tayvana qarşı güc tətbiq etmək imkanından əl çəkmək niyyətində deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.

"Biz sülh yolu ilə birləşmə perspektivini səmimi və israrla davam etdirməyə hazırıq. Lakin biz heç vaxt güc tətbiqindən imtina etməyi öhdəmizə götürməyəcəyik”, - deyə Çin Dövlət Şurası yanında ada məsələləri üzrə ofisinin sədri Çen Binhua bildirib.

O əlavə edib ki, bəyanat adanın əhalisinə qarşı deyil, "xarici qüvvələr” və az sayda "Tayvan separatçıları” tərəfindən müdaxiləyə qarşı yönəlib.
"Tayvanın nə qədər qoşunu və nə qədər silahı olsa da, kənar qüvvələrin müdaxilə edib-etməməsindən asılı olmayaraq, risk almağa cəsarət etsə, bu, öz məhvinə gətirib çıxaracaq. Milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün hərəkətlərimiz bir an belə dayanmayacaq”, - deyə Çen Binhua əlavə edib.

Ötən bazar ertəsi Çin Xalq Azadlıq Ordusu adanın blokadasını nəzərdə tutan hərbi təlim keçirib. Çin komandanlığının sözlərinə görə, bu təlimlər Tayvanda "dəniz və hava döyüş hazırlığının patrul xidməti, əsas liman və ərazilərin blokadası, dəniz və quru hədəflərinin vurulmasına yönəlib”.
Tayvan administrasiyası Çinin hərbi manevrlərinin "açıq-aşkar təxribat” olduğunu bildirib. 

Tayvan və materik Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı ayrılıb. Çin hökuməti "vahid Çin” prinsipinə sadiqdir və adanı öz ərazisi hesab edərək Tayvanın müstəqilliyinə qarşı çıxır. Bununla belə, Tayvan Pekinin 1980-ci illərdən bəri irəli sürdüyü "bir ölkə, iki sistem” modelini qəti şəkildə rədd edir.

Tayvanı ABŞ dəstəkləyir: Vaşinqton Çinin ada üzərində suverenliyini tanıyır, lakin Tayvanın statusunu nizamlanmamış hesab edir. ABŞ adanı silah və hərbi texnika ilə təmin edir. Amerika prezidenti Co Bayden dəfələrlə Çinin hücumu halında Tayvanı müdafiə edəcəyinə söz verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->