Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Zonquldaq vilayətinin Ereğli bələdiyyə məclis üzvlüyünə namizədi Hüseyn Çakır seçki məntəqəsində vəfat edib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, namizəd infarktdan dünyasını dəyişib.
Hüseyn Çakır anidən yerə yıxılıb. O, ətrafdakı insanlar və seçki məntəqəsi səlahiyyətlilərinin köməyi ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
CHP Zonquldak təşkilatının rəhbəri Devrim Dural Hüseyn Çakırın səs verərəkən vəfat etdiyini təsdiqləyib:
"Milıət vəkilimiz Eylem Ərtoğrulun bütün cəhdlərinə baxmayaraq, Ereğli bələdiyyə məclisi üzv namizədimiz Hüseyn Çakırın həyatını xilas etmək mümkün olmadı. Çox təəssüf edirik".
CHP İstanbul millət vəkili Gamze Akkuş İlgezdi sosial media hesabından Çakırın ölümü ilə bağlı açıqlama verib:
"Zonguldak Ereğli bələdiyyə məclis üzvlüyünə namizədimiz Hüseyn Çakırın işlədiyi məktəbdə infarkt keçirərək dünyasını dəyişdiyini öyrənmək məni çox kədərləndirdi. Hüseyn Çakırı Allahdan rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr diləyirəm".
Aydın
Şərhlər