Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə Qaynarinfo-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkənin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Şərhlər