Xəbər lenti

Bu sığortanın sədri işdən çıxarıldı
Ölkə 20:22 04.09.2024

Bu sığortanın sədri işdən çıxarıldı

"Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) İdarə Heyətinin (İH) sədri Orxan Əfəndiyev işdən azad olunub.


Qaynarinfo bu barədə şirkətə istinadən xəbər verir.


Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.


O.Əfəndiyev 2019-cu ilin avqust ayından sözügedən vəzifədə idi.


Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i "Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->