Xəbər lenti

Bu şərəfli missiya əfsanəvi Ceki Çana tapşırıldı
İdman 20:19 26.08.2024

Bu şərəfli missiya əfsanəvi Ceki Çana tapşırıldı

Fransanın paytaxtında Paralimpiya Oyunlarının açılış mərasimi öncəsi məşəl daşıyanlardan biri 70 yaşlı Honq-Konqlu məşhur aktyor Ceki Çan olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Tədbir çərşənbə günü, avqustun 28-də baş tutacaq və açılış mərasiminə bir neçə saat qalmış başlayacaq. France24 xəbər verir ki, estafetdə əfsanəvi aktyorla yanaşı, fransız aktrisa Elza Zilberşteyn və fransız rəqqasə və xoreoqraf Benjamin Milpye də iştirak edəcək.

Maraqlıdır ki, avqustun 24-də Stok Mandevildə (Böyük Britaniya) yandırılan alov artıq La-Manş tuneli ilə Fransaya çatıb. Çərşənbə günü, avqustun 28-də o, açılış mərasimi üçün Parisdə olmalıdır.

Qeyd edək ki, o, Fransanın 50-yə yaxın şəhərində 1000 məşəlçinin daşıyacağı 12 Paralimpiya alovuna bölünüb.

Xatırladaq ki, 2024-cü il Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçiriləcək. Azərbaycan yarışda 11 idmançı ilə 4 idman növü üzrə təmsil olunacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->