Xəbər lenti

Bu ölkədə Qadın İşləri Nazirliyi yaradılır
Dünya 14:55 20.08.2024

Bu ölkədə Qadın İşləri Nazirliyi yaradılır

Meksikada qadınların işləri üzrə federal nazirlik yaradılacaq. 

Qaynarinfo xəbər verir ki, ölkənin yeni prezidenti Klaudiya Şeynbaum bildirib.

Dövlət başçısının sözlərinə görə, fikirləri dərindən təhlil etdikdən sonra o, mövcud Qadın Problemləri İnstitutunun bazasında nazirlik yaratmaq qərarına gəlib. Nazirliyin rəhbəri senator, dünyanın müxtəlif ölkələrindən solçu fəalları və qadın siyasətçiləri birləşdirən beynəlxalq feminist təşkilat olan "Internacional Feminista"nın təsisçisi Citlali Hernandez Mora olacaq.

Qadın İşləri Nazirliyi oktyabrın 1-dən işə başlayacaq.

Bundan əvvəl bildirilirdi ki, Meksika Seçki Məhkəməsi Şeynbaumu iyunun 2-də keçirilən prezident seçkilərinin qalibi kimi tanıyıb. Qərar Seçki Məhkəməsinin Ali Palatasının bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->