Şri-Lankanın baş naziri Ranil Vikremesinqhe iyulun 5-də parlamentdə çıxışı zamanı ölkənin tamamilə müflis olduğunu və görünməmiş kəskin iqtisadi böhranın ən azı gələn ilin sonuna qədər davam edəcəyini elan edib.
Qaynarinfo bu barədə "Indipendent"ə istinadən xəbər verir.
Son bir neçə ay ərzində Şri-Lankada 22 milyon insan ağır inflyasiya və elektrik enerjisi böhranı, həmçinin zəruri malların idxalı üçün xarici valyuta çatışmazlığı ilə üzləşib.
Baş nazir deyib ki, bir vaxtlar çiçəklənən ölkə indi dərin iqtisadi tənəzzül yaşayır, ərzaq, yanacaq və dərman çatışmazlığı kəskin hal alıb.
Eyni zamanda, Şri-Lankanın Beynəlxalq Valyuta Fondu ilə iqtisadi restrukturizasiya planını yekunlaşdırmaq və kreditorların borclarını ləğv etmək üçün danışıqları davam edir.
BMT-nin hesablamalarına görə, Şri-Lankalıların təxminən 80 faizi ərzaq çatışmazlığı və yüksək qiymətlər səbəbindən gündə bir və ya iki dəfə yeməkdən imtina etmək məcburiyyətində qalıb.
M.Arif
Şərhlər