Bu gün Davosda 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan Dünya İqtisadi Forumu işinə başlayır.
Qaynarinfo bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Konfrans zamanı Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edəcək.
Beynəlxalq toplantının əsas mövzuları
Bu il görüşün mərkəzi mövzusu belədir: "Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır. Ümumilikdə, iştirakçılar bir sıra məsələlərə toxunacaqlar, o cümlədən: Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi.
Tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.
Şərhlər