Sıxlığın tənzimlənməsi və nizamlanması istiqamətində konkret həllər, planlar var. Bakının hansı ərazilərində nə qədər binaların tikilə biləcəyi Baş planda nəzərdə tutulub.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
"Ərazilər sıxlığa görə 4 kateqoriyaya bölünüb: yüksək, orta, az və seyrək sıxlıqlı ərazilər.
Yüksək sıxlıqlı ərazilər 9 və daha çoxmərtəbəli binaların olduqları ərazilərdir. Orta sıxlıqlı 5-8, az sıxlıqlı 3-4 mərtəbəli və seyrək sıxlıqlı isə fərdi yaşayış evlərinin olduğu ərazilərdir. Bunlar Baş planda öz əksini tapıb və tənzimlənir.
Gələcəkdə hansısa bir sahibkar, qurum bu ərazilərdə fəaliyyət həyata keçirmək istəsə, bu sıxlıqları nəzərə alacaq. Sıxlıq zonalarının konkret hədləri var ki, ondan artıq tikmək olmaz", - deyə sədr müavini əlavə edib.
Şərhlər