Xəbər lenti

Bu ada turist vergisini ödəməyən əcnəbiləri həbs etmək istəyir
Dünya 18:26 08.09.2024

Bu ada turist vergisini ödəməyən əcnəbiləri həbs etmək istəyir

Bali adasının qubernatoru vəzifəsini icra edən Sanq Made Mahendra Caya turist vergisini ödəməyən əcnəbilərin cəzalandırılması təklifi ilə çıxış edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.

"İndi sanksiyalar olmasa, turistlər pul ödəmədikdə biz heç nə edə bilməyəcəyik", deyə Sanq Made Mahendra Caya bildirib.

Qubernator səlahiyyətlərini icra edən məmur qeyd edib ki, gələcəkdə əlavə sanksiyalar tətbiq oluna bilər. Rəsmi şəxsin sözlərinə görə, onlar minimum məbləğin on misli qədər cərimə, həmçinin bir həftə müddətinə azadlıqdan məhrumetmə cəzası şəklində ola bilər.

İndoneziyada kurort vergisi bu ilin fevralında tətbiq edilib. Qərara əsasən Bali adasına və onun qonşu adalarına - Nusa Penida, Nusa Lembongan və Nusa Ceningana səfər edən xarici turistlər 150 min İndoneziya rupisi ödəməlidir.

Hakimiyyət əldə etdiyi vəsaiti turizm xidmətlərinin yaxşılaşdırılmasına, habelə yerli mədəniyyətin qorunmasına və müxtəlif tullantıların utilizasiyasına sərf etməyi planlaşdırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->