Xəbər lenti

Brüsseldə isveçlilərə hücumda şübhəli bilinən şəxs məhv edildi (VİDEO)
Video 10:58 17.10.2023

Brüsseldə isveçlilərə hücumda şübhəli bilinən şəxs məhv edildi (VİDEO)

Belçika polisi Brüsseldə isveçli azarkeşlərə hücum etməkdə şübhəli bilinən şəxsi paytaxtdakı kafedə öldürüb.

Qaynarinfo bu barədə "Reuters" istinadən xəbər verir.

Bununla belə, prokurorluq məhv edilən şəxsin hücumu təşkil edən adam olmasının təsdiqini gözləyir.

Qeyd edək ki, ötən gecə 2024-cü il Avropa çempionatının seçmə oyunu öncəsi Brüsseldə terrorçu "Allahu Əkbər” sədaları altında İsveç milli komandasının azarkeşlərinə Kalaşnikov avtomatından atəş açmağa başlayıb. O, iki nəfəri öldürüb. Belçika - İsveç matçı birinci hissədən sonra yarımçıq qalıb. Hadisədən sonra Belçika hakimiyyəti terror təhlükəsi səviyyəsini maksimuma qaldırıb.

Belçikanın ədliyyə naziri Vincent Van Quickborn keçirdiyi mətbuat konfransında şübhəlinin 2019-cu ilin noyabrında Belçikadan siyasi sığınacaq istəyən 45 yaşlı tunisli ola biləcəyini bildirib. 

Ölkənin federal prokuroru bildirib ki, hücum edən şəxsin İsrail və Fələstin yaraqlıları arasında münaqişə ilə əlaqəsi ola biləcəyinə dair heç bir sübut yoxdur.

Aydın

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->