Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə Brüssel görüşü zamanı Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Calibr.az Brüsseldə aparılan danışıqların təfərrüatları ilə tanış olan mənbələrə istinadən yazır.
Nəşr bildirir ki, erməni tərəfi Azərbaycanın Ermənistanın 29.800 kv.km ərazisini tanıması tələbini irəli sürməyə cəhd göstərib. Cavabında Azərbaycan nümayəndə heyəti açıq şəkildə diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan Respublikasının kadastr xidməti deyil və Ermənistan ərazisinin ərazisinin müəyyən edilməsi Azərbaycan dövlətinin vəzifə və öhdəlikləri çərçivəsində deyil.
Vurğulanıb ki, nə qədər ki, Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır, Ermənistan silahlı qüvvələri isə Azərbaycanın Qarabağ bölgəsi ərazisindədir, İrəvandan "Ermənistanın ərazi bütövlüyünün tanınması” ilə bağlı istənilən müraciəti ciddi qəbul etmək olmaz.
Nizami Bağırov
Şərhlər