Xəbər lenti

Brüssel süpürgəçiləri bir həftəlik tətil elan etdilər
Dünya 18:54 12.09.2024

Brüssel süpürgəçiləri bir həftəlik tətil elan etdilər

Brüsselin kommunalarından birində bələdiyyə şirkətinin süpürgəçiləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə bir həftəlik tətilə çıxıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” qəzeti "The Brussels Times” nəşrinə istinadən məlumat yayıb.

Təmizlik işçilərin  həmkarlar ittifaqı şikayət edir ki, son illər onlar iş zamanı daha çox insidentlərlə üzləşirlər, iş şəraiti pisləşir, bələdiyyə orqanları onların şikayətlərinə əhəmiyyət vermir.

Onlar sentyabrın 12-dən 19-a qədər tətil etməyi planlaşdırırlar, lakin bəyanatda həmçinin qeyd olunur ki, etiraz aksiyası "hakimiyyətdən müsbət reaksiya gələnə qədər” davam edəcək.

Problem faktiki iş həcmi üçün kadr çatışmazlığı, işləyən avadanlığın çatışmazlığı, avadanlıqların tez-tez xarab olması və qeyri-qanuni zibilxanaların sayının artmasıdır.

Təmizlik işçiləri öz peşələri üzrə maaş cədvəlinin artırılmasını və əlavə kadrların cəlb edilməsini, həmçinin 55 yaşdan yuxarı işçilərə əmək haqqı səviyyəsini saxlamaqla daha qısa növbələrdə işləmək imkanı verilməsini tələb edirlər.

Onlar həmçinin peşə mənsublarına qarşı "təcavüz və hörmətsizliyə sıfır tolerantlıq” olmasını tələb edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->