İspan alimləri aktyor və döyüş ustası Brüs Linin ölümünə səbəb kimi çoxlu su içməyi göstəriblər.
Qaynarinfo lenta.ru-ya istinadən xəbər verir ki, mütəxəssislər ulduzun vərdişlərini, yaxınlarının ifadəsini və meyitin yarılma nəticələrini təhlil ediblər. Məlum olub ki, ölüm beyin ödemi səbəbindən baş
verib.
Alimlərin fikrincə, buna hiponatremi - orqanizmdə mayenin yığılması səbəb olub ki, bu da qanda natriumun miqdarının kəskin şəkildə kritik səviyyəyə enməsinə gətirib çıxarır. Bu vəziyyət xəstəliklər və ya çoxlu içkilər səbəbindən baş verə bilər.
Alimlər qeyd ediblər ki, Li marixuanadan istifadə edir və bu, susuzluğun artmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bundan əlavə, reseptlə verilən dərmanlar, kəskin böyrək çatışmazlığı və ağır fiziki fəaliyyət mayenin bədəndən çıxarılmasına mane olub.
Xatırladaq ki, Brüs Li 20 iyul 1973-cü ildə Honq Konqda vəfat edib. Versiyalardan birinə görə, onun "Ekvajestik” dərmanını qəbul etməsi beyin ödemi və ölümünə səbəb olub.
Alpər
Şərhlər