Britni Spirsin komandası ifaçıya "İçimdəki qadın" adlı memuarının yayımlanmasından əvvəl müsahibə verməsini qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, müğənninin ətrafı onun müsahibə verməyə hazır olmadığını düşünür. Bununla yanaşı, mənbələr son sözün hələ də sənətçiyə aid olduğu bildirilir.
Mənbələr deyir ki, Spirsin özü "psixi sağlamlığı, cinsiyyəti, valideynlik və bədəni" tənqid etdikdən sonra media ilə ünsiyyət qurmaq istəmir.
Britni Spirsin avtobioqrafik kitabı "İçimdəki qadın" 24 oktyabr 2023-cü ildə işıq üzü görəcək. "Simon & Schuster"dən olan bir mənbə müğənninin xatirələrini "son dərəcə dürüst” adlandırıb və "ürəkdən” yazdığını qeyd edib.
Aydın
Şərhlər