Müğənni Britni Spirs "İçimdəki qadın” adlı memuarında avqust ayında onu tərk edən əri Sem Asgari haqqında təəccüblü etiraflar edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" yazır.
Boşanma prosesi başlamazdan əvvəl yazdığı kitabda o, keçmiş ərini "Allahın hədiyyəsi” adlandırır: "Onun nə qədər ardıcıl olduğunu yüksək qiymətləndirirəm. Semin hətta içməməsini sevirəm”.
Spirsin dediyinə görə, 2016-cı ilin oktyabrında "Slumber Party” videosunun çəkiliş meydançasında tanış olduqdan sonra o, Semi dərhal bəyənib: "Mən dərhal başa düşdüm ki, onun həyatımın bir parçası olmasını istəyirəm. Başlanğıcda çılğın həyatımız var idi. Biz özümüzü bir-birimizdən qopara bilmirdik".
O, həmçinin etiraf edib ki, atasının 13 il davam edən qəyyumluğuna etiraz etməyə onu 29 yaşlı məşqçi əri ilhamlandırıb.
Aydın
Şərhlər