Xəbər lenti

Britni Spirs qəyyumluqda keçirdiyi illərdən danışdı:
Maqazin 21:35 17.10.2023

Britni Spirs qəyyumluqda keçirdiyi illərdən danışdı: "Məni qadın olmaqdan məhrum etdilər"

Müğənni Britni Spirs "İçimdəki qadın” adlı yeni xatirə kitabında atasının himayəsində keçirdiyi illərdən danışıb. 

Qaynarinfo bu barədə "People" nəşrinə istinadən xəbər verir.

"Mən robot oldum. Ancaq hər hansı bir robot deyil - robot uşaq kimi bir şey. Mən o qədər uşaqlaşmışdım ki, şəxsiyyətimin bəzi hissələrini itirirdim. Qəyyumluq məni qadın olmaq imkanından məhrum etdi", deyə Spirs bildirib.

41 yaşlı ulduzun sözlərinə görə, səhnədə özünü canlı insandan daha çox "varlıq” kimi hiss edib və əvvəllər öyündüyü musiqidən həzz alıb.

Spirs əmindir ki, ailəsi ona imkan versəydi, psixoloji problemləri və asılılığı ilə təkbaşına mübarizə apara bilərdi:

"Neçə kişi sənətçinin bütün pullarını itirdiyini, asılılıqdan və ya psixi xəstəlikdən əziyyət çəkdiyini düşünün. Heç kim onları bədənlərinə və pullarına sərəncam vermək imkanından məhrum etməyib. Ailəmin mənə etdiklərinə layiq deyildim".

2021-ci ildə Spirs atasının himayəsində 13 il keçdikdən sonra yenidən fəaliyyət qabiliyyətini bərpa edib. O vaxtdan bəri məşqçi Sem Əsgəri ilə evlənməyi, yenidən maşın sürməyə, boşanma prosesinə başlamağı və xatirələr yazmağı bacarıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->