Müğənni Britni Spirs əri, məşqçi Sem Asqari ilə boşanma şərtləri ilə razılaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Məlumatlı mənbənin sözlərinə görə, onlar hər ikisinə uyğun şərtlərlə boşanma şərtlərini tezliklə rəsmiləşdirəcəklər. Boşanma üçün müğənni ərinə 6 rəqəmli məbləğdə pul ödəməli olacaq.
Bundan əlavə, Britni Spirs Asqarinin aylıq 10 min dollara başa gələn mənzilinin kirayəsini ödəməyə davam edir.
Avqustun 16-da məlum olub ki, Britni Spirs toylarından bir il sonra Sem Asqari ilə boşanır. Jurnalistlərin dediyinə görə, bundan bir həftə əvvəl Asqari həyat yoldaşının xəyanət etməsi ilə bağlı şayiələr üzündən onunla mübahisə edib. Bundan sonra mediada yayılan xəbərlərə görə, Spirs və Asqari bütün əlaqələri kəsib, yalnız vəkillər əlaqə saxlayıb.
Aydın
Şərhlər