Xəbər lenti

Britaniyadan Rusiyaya qarşı yeni sanksiya: platin və palladium üçün rüsumlar
Dünya 09:45 09.05.2022

Britaniyadan Rusiyaya qarşı yeni sanksiya: platin və palladium üçün rüsumlar

Böyük Britaniya hökuməti Rusiya Federasiyasının Ukraynaya hücumu ilə bağlı Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketi elan edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin bəyanatında deyilir.

Məhdudiyyətlər 1,7 milyard funt sterlinq dəyərində ticarətə təsir edəcək və platin və palladium da daxil olmaqla 1,4 milyard funt sterlinq dəyərində mallara 35% yeni idxal rüsumları tətbiq ediləcək.

Kimya, plastik, rezin və maşınlar da daxil olmaqla bir sıra əsas malların ixracına da qadağa qoyulub.

Bir qədər əvvəl isə Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və bu sanksiyalar bu dəfə Rusiya Federasiyasının 40 vətəndaşına, o cümlədən iş adamlarına və hərbçilərə şamil edilib. Belə ki, "qara siyahı”ya LUKOIL-un keçmiş prezidenti Vahid Ələkbərov, "Sberbank”ın idarə heyətinin sədr müavini Olqa Qolodets, RF Müdafiə Nazirliyinin rəis müavini Yunus-Bek Yevkurov və Dövlət Dumasının deputatı, Ramzan Kadırovun köməkçisi Adam Delimxanov daxil edilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->