Britaniya hökuməti dünyanın ən zəngin adamı İlon Maskı oktyabrın 14-də keçiriləcək hökumət investisiya sammitinə dəvət etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat
yayıb.
Britaniya hökuməti dünyanın ən zəngin adamının Beynəlxalq İnvestisiya Sammitinə dəvət edilməməsi qərarını şərh etməkdən imtina edib. İlon Maskın özü də artıq bu qərardan narazılığını bildirib. Onun fikrincə, keçən ayki iğtişaşlar zamanı sosial mediadakı paylaşımlarına görə tədbirə dəvət olunmayıb.
"Mən hesab etmirəm ki, kimsə sosial media paylaşımlarına görə insanları həbs etmək üçün məhkum edilmiş pedofilləri azad edərkən Böyük Britaniyaya getməlidir", deyə İlon Mask X-yazıb.
Bu ayın əvvəlində Britaniya səlahiyyətliləri həbsxanaların həddindən artıq sıxlığını azaltmaq üçün bəzi məhbusları azad edib, lakin cinsi cinayətkarlar qərara daxil edilməyib.
İddiaya görə, İlon Mask ötən ay Britaniyada baş verən iğtişaşlar zamanı X sosial şəbəkəsindəki paylaşımlarına görə dəvət olunmayıb. Qeyd olunur ki, avqust iğtişaşları zamanı İlon Mask Britaniya hökumətinin "iğtişaşlar zamanı saxlanılan insanlar üçün Folklend adalarında düşərgələr qurması" ilə bağlı sui-qəsd nəzəriyyəsi ilə bağlı fikirlərini bölüşüb, daha sonra X sosial şəbəkəsindəki paylaşımını silib. Həmin vaxt Britaniya nazirləri onun şərhlərinin "tamamilə əsassız" və "olduqca acınacaqlı" olduğunu bildiriblər.
Qeyd edək ki, İlon Mask ötən il bu sammitə dəvət edilmişdi, lakin o zaman hökumət tədbirinə getməmişdi.
Avqustun əvvəlində İngiltərənin şimal-qərbində üç uşağın qətlə yetirilməsindən sonra Böyük Britaniyanın bir neçə şəhərində kütləvi iğtişaşlar baş verib ki, bu da son onillikdə ölkədə ən böyük iğtişaşlara çevrilib.
Aydın
Şərhlər