Xəbər lenti

Boşanma ilə bağlı qanun niyə dəyişir? (ŞƏRH)
Ölkə 14:14 01.02.2024

Boşanma ilə bağlı qanun niyə dəyişir? (ŞƏRH)

"Bu qanunda dəyişiklik əsasən elektron hökumətə keçidlə bağlıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Səməd Vəkilov nikah və boşanmaya dair yeni prosedurların müəyyən edilməsi ilə bağlı qərarın hüququ tərəflərini izah edərkən deyib. 

Vəkil qeyd edib ki, yeni dəyişikliyə əsasən, nikahın pozulması da elktron sistemdə görünəcək:
 


"Hər şey köhnə qanundakı kimidir, heç bir prosedurun dəyişməsindən söhbət gedə bilməz. Xaicdə yaşayan şəxslərin nikahları pozulubsa, konsulluq idarəsinə müraciət edəcək, yəni onların arayış almasından söhbət gedir. Ttibbi arayış əvvəl də var idi. Bütün sənədləri elektron sistemdən götürə biləcəklər, əvvəl isə bu sənədləri vətəndaşlar özləri aparırdılar". 

Vəkil yeni qanunda qeyr-adi heç nəyin olmadığını da əlavə edib. 

Qeyd edək ki, baş nazir Əli Əsədov nikah və boşanmaya dair yeni prosedurların müəyyən edilməsi ilə bağlı qərar imzalayıb. Qərara əsasən, nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->