Milli Məclisin bu gün keçrilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub.
Qaynarinfo xəbər verir ki, məcəllədəki dəyişikliklərlə bağlı komitə sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, vergi orqanları indiyə qədər borclu vergi ödəyicilərinin bütün hesablarına, bir neçə bankdakı hesabına və ya bir bankdakı bir neçə hesabına sanksiya tətbiq edirdi:
"Dəyişiklikdən sonra vergi ödəyicisinin tələbi ilə digər hesablardakı sanksiya aradan qaldırılacaq. Sanksiy yalnız bir hesabda olacaq".
Qafqaz Rafiqoğlu
Şərhlər