"Amerika Birləşmiş Ştatları Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkanlara malikdir”.
"Report” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken deyib.
"Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir.
Tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yolu ilə, eləcə də Avrop İttifaqı və bizimlə diqqət mərkəzində olublar. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”- deyə, o bildirib.
O, hansı beynəlxalq tərəfdaşlardan danışdığını dəqiqləşdirməyib.
Şərhlər