Xəbər lenti

Blinken Londonda üç Yaxın Şərq ölkəsinin lideri ilə görüşəcək - CNN
Dünya 09:38 25.10.2024

Blinken Londonda üç Yaxın Şərq ölkəsinin lideri ilə görüşəcək - CNN

Bu gün, oktyabrın 25-də ABŞ-ın dövlət katibi Entoni Blinken Londona səfər edəcək, burada iordaniyalı və əmirlik həmkarları, həmçinin Livanın müvəqqəti baş naziri ilə görüşəcək.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

İordaniyanın xarici işlər naziri Ayman Safadi və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed əl-Nahyan ilə görüşlərdə, çox güman ki, müharibə başa çatdıqdan sonra Qəzza zolağında sabitlik, təhlükəsizlik və yenidənqurma planlarını dəstəkləmək səyləri müzakirə olunacaq.

Eyni zamanda, Blinkenin Livanın müvəqqəti baş naziri Nəcib Mikati ilə görüşündə İsrailin "Hizbullah"a qarşı apardığı hərbi kampaniyanın Livanda, xüsusən də paytaxt Beyrutda mülki əhalinin kütləvi tələfatına səbəb olması müzakirə olunacaq.

Cümə axşamı keçirilən mətbuat konfransında ABŞ dövlət katibi bildirib ki, İsrailin "Hizbullah"a qarşı mübarizəsi Livanda "uzunmüddətli kampaniyaya səbəb ola bilməz və olmamalıdır". O, İsraili dinc əhaliyə, Livan hərbçilərinə və BMT sülhməramlılarına zərər vurmamaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->