Xəbər lenti

“Binə” Ticarət Mərkəzində polis əməkdaşının 5 min manatı oğurlandı
Ölkə 19:20 28.12.2022

“Binə” Ticarət Mərkəzində polis əməkdaşının 5 min manatı oğurlandı

"Binə” Ticarət Mərkəzində dilənçilik edən şəxs qohumları ilə birlikdə girdiyi mağazadan müştəriyə məxsus 5 min manat pulu və sənədləri oğurlayıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bu ilin 10 sentyabr tarixində ticarət mərkəzinin 7A, 2-ci korpus, 13 nömrəli mağazasında baş verib. 

Belə ki, Yevlax şəhər sakini olan Məleykə adlı qadın öz qızı ilə sözügedən ticarət mərkəzinə gedərək dilənçilik edib. Onlar orada yaxın qohumunlarının sözügedən mağazadan bazarlıq etiklərini görüb, oraya müştəri qismində daxil olublar. 

Bundan sonra Məleykə müştəriyə məxsus uşaq arabasının arxa cibinə qoyulan, içərisində 5 min manat pul, hər birinin dəyəri 10 manat olmaqla 4 ədəd plastik bank kartı və 1 ədəd Monika mağazasına aid endirim kartı, şəxsiyyət vəsiqəsi və xidməti polis vəsiqəsi olan 8 manat dəyərində pul kisəsini oğurlayaraq, ümumilikdə zərərçəkənə 5078 manat dəyərində ziyan vurub.

Məleykə məsələdən xəbərdar olan qohumunun etirazından sonra pul kissəsini sənədlərlə birlikdə "Binə" Ticarət Mərkəzinin qarşısına ataraq, 5000 manat pulu özündə saxlayıb. Qaradağ rayon 10-cu polis şöbəsinin əməkdaşları sənədləri taparaq, zərərçəkmişə qaytarıblar. 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Məleykəyə 1 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Qeyd edək ki, zərəçəkən şəxs polis əməkdaşı olub. O, ailəsi üçün geyim əşyaları almaq məqsədi həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Tərtər rayonundan Lökbatan qəsəbəsində yerləşən "Binə" Ticarət Mərkəzinə gəlibmiş.

Əhməd


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->