Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yeni fotosu yayılıb.
"Qafqazinfo" xəbər verir ki, onun məhkəməyə gətirilərkən çəkilmiş fotosunu jurnalist Elnarə Qasımova paylaşıb.
Bu gün saat 16:00-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə ictimai fəalın ev dustaqlığına vəsatəti təmin etməyib. O, həbsdə qalıb.
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev 3 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.
Şərhlər