Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı (YENİLƏNİB)
İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyevin həbs müddəti 38 gün uzadılıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.
16.11
İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsinə verilən təqdimat hakim Bəxtiyar Məmmədovun icraatındadır.
Təqdimatda Bəxtiyar Hacıyevin həbs müddətinin daha 1 ay artırılması istənilir.
Əldə etdiyimiz məlumata görə, hazırda hakim müşavirəyə yollanıb.
Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər