Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, ərəb dövlətləri Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməlidir.
Qaynarinfo "Tagessau"ya istinadən xəbər verir ki, Berbok ölkələri bu istiqamətdə konstruktiv əməkdaşlıq etməyə çağırıb.
"Fələstinin əzabına son qoymaq istəyən hər kəs indi birlikdə çalışmalıdır. Çünki israillilər və fələstinlilər üçün sülh və əmin-amanlıq içində yaşamağın açarı bu regiondadır”, deyə alman nazir bildirib.
O əlavə edib ki, o, regionda humanitar fasilələrin bərpasının tərəfdarıdır, bunun üçün konstruktiv və mötədil ərəb dövlətləri ilə sıx mübadilə vacibdir. Berbok vurğulayıb ki, Qətər, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Mərakeş İsrail və HƏMAS arasında danışıqlarda vasitəçilik rolunu oynayır.
Aydın
Şərhlər