Xəbər lenti

BƏƏ prezidenti Putinlə danışıqlar üçün Rusiyaya səfər edəcək
Dünya 16:00 18.10.2024

BƏƏ prezidenti Putinlə danışıqlar üçün Rusiyaya səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan oktyabrın 21-də Rusiyaya səfər edəcək. Səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar, həmçinin BRİCS sammitinin tədbirlərində iştirak planlaşdırılır. Sammit oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

BƏƏ prezidentinin səfəri barədə Moskvada BRİKS biznes forumunun plenar iclasını açan Vladimir Putinin özü məlumat verib. "Bir neçə gündən sonra Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Moskvaya səfər edəcək və mən onu qəbul etməkdən böyük məmnunluq və şərəf duyacağam", - Rusiya prezidenti bildirib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər Rusiya-Əmirlik əməkdaşlığının vəziyyəti və inkişaf perspektivlərini, həmçinin gündəlikdəki cari məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sammit zamanı Vladimir Putin oktyabrın 21-də başlayacaq və oktyabrın 24-ü axşama qədər davam edəcək 20-yə yaxın ikitərəfli görüş keçirməyi planlaşdırır. Sammitdə Çin prezidenti Si Szinpin, Hindistanın baş naziri Narendra Modi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparılacağı gözlənilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->