ABŞ prezidenti Co Bayden Şükran Günündən əvvəl Amerika liderləri arasında uzun müddət davam edən bir ənənə olan Ağ Evin illik "hinduşka əfv mərasimi"ndə çıxış edərkən Taeylor Sviftlə Britni Spirsi səhv salıb.
Qaynarinfo bu barədə "NBC News"a
istinadən xəbər verir.
"Bura çatmaq üçün Liberty və Bell (quş adları) çətin sınaqlardan keçməli oldular. Çox çalışdılar, səbirli oldular və 1k mildən çox yol qət etdilər. Deyə bilərsiniz ki, bu, Beyonsun Renessans turuna və ya Britninin turuna bilet əldə etməkdən daha çətindir. O, indi Braziliyadadır, orada çox istidir", deyə Bayden bildirib.
Nəşr qeyd edir ki, ABŞ prezidenti böyük ehtimalla Teylor Sviftin hazırkı dünya turnesini nəzərdə tutub və onu Spirslə səhv salıb.
Qeyd edək ki, ənənəyə əsasən, ABŞ-da hər bir ailədə Şükran Günündə mütləq hinduşka olmalıdır. 1940-cı ildə isə ABŞ prezidenti Hari Trumen Şükran Günündə hinduşkaların "əfv edilməsi" ənənəsini qoyub. Daha sonra, digər prezidentlər Trumenin ənənəsini davam etdirib.
Aydın
Şərhlər