Xəbər lenti

Baş Prokurorluq:
Ölkə 12:07 01.08.2023

Baş Prokurorluq: "Xaçatryanın məsuliyyətinə cəlb edilməsi hüquq normalarına uyğundur"

"Meşəli hadisələri ilə bağlı saxlanan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur".

Qaynarinfo xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov AzTV-də "Əsas məsələ" verilişində deyib.

Mahir Abbasov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib: "Belə ki, Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”.

Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud oluduğunu vurğulayıb.

Həmçinin qeyd edib ki, qüvvədə olunan cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddələri sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->