Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə "Report"a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Cinayət Məcəlləsinin 259-cu və 314-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 8-nə təyin edilmiş iclasında baxılacaq.
Şərhlər