Böyük Britaniyanın baş naziri Kir Starmer Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasiminə getmək üçün qatar əvəzində təyyarədən istifadə etməli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın İTV kanalı məlumat yayıb.
Bir gün əvvəl "Eurostar" Fransada dəmiryol xidmətlərinin təxribatından sonra müxtəlif marşrutlar üzrə bütün qatarlarının 1/4-nin ləğv edildiyini elan edib.
"Cümə günü zərərçəkmiş sərnişinlər arasında Oyunların açılış mərasiminə "Eurostar" qatarı ilə getməli olan baş nazir Kir Starmer də var idi. O, mərasimə təyyarə ilə getməli olub", deyə kanal bildirib.
Bundan əlavə, Olimpiadanın açılışı günü Fransa Milli Dəmir Yolları Şirkəti cümə gecəsi bir neçə yanğın törədildiyini bildirib. BFMTV kanalının məlumatına görə, hücum edənlər dəmir yolu relslərinin yaxınlığında yerləşən relay kabinetlərini, həmçinin kabelləri hədəfə alıblar.
Aydın
Şərhlər