Xəbər lenti

Bakının mərkəzində 1 milyon manata torpaq sahəsi satılır
Ekonomiks 11:43 07.01.2024

Bakının mərkəzində 1 milyon manata torpaq sahəsi satılır

Bakı ərazisində torpaq bazarı getdikcə kiçilməkdədir. Tikintilər aparıldıqca boş torpaq əraziləri azalır.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, torpaq bazarının azalması qiymətlərə də təsirsiz ötüşmür. "İndi Bakının kəndlərində də belə bir sotu 3-4 min manatdan aşağı torpaq sahəsi tapmaq mümkün deyil”, deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzi hissələrinə doğru gəldikdə, qiymətlər kifayət qədər yüksəlir.

"Belə ki, şəhər mərkəzində boş torpaq sahələrinin məhdud olması qiymətləri xeyli yüksəldir. Kvadratı 15-20 min manata olan torpaq sahələrinə rast gəlinir ki, bu da bir sot torpaq sahəsinin qiymətinin bir milyon manatdan baha olması deməkdir. Adətən, belə ərazilər açıq satışa çıxarılmır. Şəhərin mərkəzi hissələrində açıq satışda olan torpaqlar da var ki, qiyməti 300 min manata qədərdir”, deyə ekspert əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->