Xəbər lenti

Bakıdan Fransaya gedən
Dünya 11:40 25.08.2024

Bakıdan Fransaya gedən "Telegram"ın sahibi həbs olundu

"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "LCI" xəbər kanalı məlumat yayıb.

Onun Azərbaycandan dönərkən saxlanıldığı iddia edilir.

Milyarder Fransaya şəxsi təyyarəsi ilə gəlib.

O, bu axşam hakim qarşısına çıxmalıdır.

Mümkün ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.

Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs gözləyir.

Amerikalı sahibkar İlon Mask Fransada saxlanılan Pavel Durovu azad etməyə çağırıb.

O, bu haqda "X” platformasındakı hesabında paylaşım edib.

"#FreePavel” (Pavelə azadlıq) , - iş adamı yazıb.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->