Xəbər lenti

AzQac-ın Baş katibi: Hələ ki, heç bir danışıqlar yoxdur
Ölkə 12:15 02.09.2023

AzQac-ın Baş katibi: Hələ ki, heç bir danışıqlar yoxdur"

Artıq biz 5 gündür ki, müvafiq bir işçi heyəti ilə burdayıq

Bunu Trend-in Qarabağ bürosundakı əməkdaşına QAC-ın Baş katibi Ceyhun Mirzəyev açıqlamasında bildirib.

O vurğulayıb ki, artıq 5 gündür müvafiq işçi heyəti ilə Ağdam-Xankəndi yolunda olduqlarını bildirib .

"Hamı üçün bəllidir ki, gətirdiyimiz 2 TIR 40 ton un məmulatı ilə burada gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, giriş izni alınana kimi bu və ya digər şəkildə bu 2 yük maşınında olan ərzaq yükünü, daha dəqiq desək 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ ki, heç bir danışıqlar yoxdu. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlayacaqlar. Hazırda cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndidə olan erməni sakinlərə çatdırına kimi, biz burada qalacağıq işimizi davam etdirəcəyik", - deyə Ceyhun Mirzəyev əlavə edib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->