"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) "ATA Texnologiya” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 25 016 AZN olan müqavilədə SMS xidmətlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
"ATA Texnologiya” MMC-nin təsisçisi "ATA Holdinq”dir. Bu barədə şirkətin öz veb-səhifəsində də qeyd var.
"ATA Holdinq” Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədovun şirkəti kimi tanınır.
Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.
Seyid
Şərhlər