"Azərbaycanın bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Şimali Makedoniya Prezidentinin Azərbaycan Prezidentinə ünvanladığı məktubda ikitərəfli görüşün keçirilməsində maraqlı olduğunu bildirməsini şərh edərkən deyib.
"44 günlük müharibədə qələbədən sonra Azərbaycanın dünya miqyasında mövqeyi xeyli güclənib. Dünyanın müxtəlif coğrafiyalarında Azərbaycanın alternativ və ənənəvi enerji məhsullarına maraq da artıb. Son 6-7 ay ərzində Azərbaycan dövlət başçısı Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyətinə səfərlər edib. Bakı Avropa Kommisiyası ilə enerji təhlükəsizliyi sahəsində anlaşma imzaladıqdan sonra Avropa İttifaqına üzv ölkələrin 1/3 ilə strateji partnyorluğa malikdir. Azərbaycanın bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir. Həmçinin, Cənub Qaz Dəhlizi, TANAP layihələrində ölkəmizin əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə özəlliklə güclənən enerji təhlükəsizliyindəki mövqeyi və rolunu bir daha ifadə etmiş olur. Azad etdiyimiz torpaqlarda yeni layihələr həyata keçirilir. Bu mənada həm enerji təhlükəsizliyi, həm də azad etdiyimiz ərazilərdə gələcəkdə həyata keçiriləcək beynəlxalq səviyyəli layihələr məsələsi Azərbaycanla Makedoniyanı bir-birinə sıx tellərlə bağlayır. Yaxın zamanlarda Bakı ilə Skopye arasında iki tərəfli münasibətlər daha da inkişaf edəcək”, deyə politoloq vurğuıayıb.
Qeyd edək ki, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda o, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək istəyini ortaya qoyub. Sonda isə Şimali Makedoniya Prezidenti yaxın gələcəkdə fikir mübadiləsi aparmaq üçün Azərbaycan Prezidentilə ikitərəfli görüşün keçirilməsində maraqlı olduğunu ifadə edib.
Rüfət Sultan
Şərhlər