Xəbər lenti

Azərbaycan və Rusiyanın Xalq artistləri buna görə boşanıb
Maqazin 13:43 27.06.2024

Azərbaycan və Rusiyanın Xalq artistləri buna görə boşanıb

Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 10 illik münasibətlərini sonlandıraraq boşanıb.

Axşam.az-ın məlumatına görə, "StarHit" nəşri ikilinin ayrılma səbəbini açıqlayıb. Cütlüyə yaxın mənbədən nəşrə bildirilib ki, Y.Eyvazovla A.Netrebkonun ayrılmasına aralarındakı uzaq məsafə səbəb olub:

"Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif Bakıda çox işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi".

Nəşr həmçinin yazıb ki, dünyanın bir çox yerində mülkləri olan ikili üçün əmlak bölgüsü çətin olmayıb. 

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->