Xəbər lenti

Azərbaycan təmsilçisi zədə səbəbindən paralimpiadada iştirak edə bilməyəcək
İdman 12:05 28.08.2024

Azərbaycan təmsilçisi zədə səbəbindən paralimpiadada iştirak edə bilməyəcək

Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Fransanın paytaxtı Parisdəki Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

52 kq çəki dərəcəsində yer alan idmançı zədələndiyi üçün yarışı buraxmalı olacaq. O, bu səbəbdən Parisə yollanmayacaq.

Qeyd edək ki, açılış mərasimi bu gün baş tutacaq paralimpiada sentyabrın 8-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->