Xəbər lenti

“Azərbaycan son 4 ildə 140-dan çox ölkəyə 330 milyon dollar yardım edib”
Siyasət 17:35 29.09.2024

“Azərbaycan son 4 ildə 140-dan çox ölkəyə 330 milyon dollar yardım edib”

"Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin, konfessiyalar və mədəniyyətlər arası dialoqun təşviq edilməsində, 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verilməsində və qlobal həmrəylik və çoxtərəfliliyin gücləndirilməsində ön sırada yer alıb”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində "Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən deyib.

O bildirib ki, 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın yüksələn rolu və beynəlxalq əlaqələrdə əməkdaşlıq ruhuna artan töhfəsi ilə müşayiət olunub.
"Çoxtərəfliliyin eroziyaya uğradığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin uzaqgörən liderliyi altında beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara qarşı kollektiv həll yollarının təşviqi istiqamətində qətiyyətli addımlar atılıb.

"Heç kəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycan ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->