Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.65 ABŞ dolları və ya 0.74% artaraq 88 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 85,07 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər