Xəbər lenti

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü
Ekonomiks 09:20 24.10.2024

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,35% azalaraq 75,53 ABŞ dollarına bərabər olub.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 74,96 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->