Azərbaycan ərzaqla özünü nə qədər təmin edir? (VİDEO)
Bazarda gündəlik tələbat malları arasında xeyli çeşiddə xarici istehsala rast gəlinir. Onların da qiyməti əksər hallarda yüksək olur. Yerli ərzaq məhsulları isə tələbatı tam ödəmir. Bəs Azərbaycan özünü ərzaq ehtiyatı ilə nə qədər təmin edir?
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bəzi məhsulların yerli istehsalı istehlak normasından aşağıdır. Ona görə də həmin qidalar üzrə idxaldan asılılıq davam edir. Bununla belə, bir qisim zəruri ərzaqların istehsalı qənaətbəxş sayıla bilər.
Ekspert bildirib ki, ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı və şəkər tozu istehsalı tələbatı ödəyir. İqtisadçı bir çox ərzaq məhsullarının istehsalının artırılması üçün potensialın olduğunu da deyir.
R.Həsənovun fikrincə, yerli istehsalı genişləndirmək üçün şərtlər sadələşdirilsə, daha böyük imkanlar yaradılsa, məhsuldarlıq artar, nəticədə bazarda ucuzlaşma müşahidə olunar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər