Xəbər lenti

Avropa ölkəsi yalan danışan siyasətçiləri vəzifədən azad edəcək
Dünya 19:21 03.07.2024

Avropa ölkəsi yalan danışan siyasətçiləri vəzifədən azad edəcək

Uels hökuməti siyasətçiləri yalan danışdıqları üçün vəzifələrindən məhrum edən qanun layihəsi hazırlayacaq. 

Qaynarinfo xəbər verir ki, "Telegraph" məlumat yayıb.

Söhbət yerli parlamentdə oturan və eyni zamanda namizədliyini irəli sürməyi planlaşdıran siyasətçilərdən gedir. Bu barədə Uels hökumətinin baş müşaviri Mik Antoniv məlumat verib.

"2026-cı ildən əvvəl Uels hökuməti müstəqil məhkəmə prosesi vasitəsilə qəsdən yalan danışdıqları aşkar edilən partiya üzvlərini diskvalifikasiya etmək üçün qanunlar təqdim edəcək", deyə Uels hökumətinin baş müşaviri bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->